Türkiyədə Sabiha Gökçən–Bodrum reysini həyata keçirən “Peqasus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi əlverişsiz hava şəraiti səbəbilə məcburi olaraq Dalaman Hava Limanına yönləndirilib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hava şəraitinin sabitləşməsindən sonra təyyarə Bodrum reysini tamamlamaq üçün yenidən havaya qalxıb. Lakin bu dəfə də təyyarəni ildırım vurub. Təhlükəsizlik qaydalarına uyğun olaraq təyyarə eniş edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Metbuat.Az