Bakı. Trend:
Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznanşəhərində keçirilən Avropa Kubokunun ilk günündə uğurlu çıxışedib.
Trend xəbər verir ki,millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.
60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. FəridQarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədəyer alıb. Nihad Məmişov isə Avropa Kubokunda bürünc medalqazanıb.
Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. Abil Yusubov (73kq) Avropa Kubokunda bürünc medal qazanıb.
Qeyd edək ki, hazırda yığma 4 medalla ümumi sıralamaya başçılıqedir. Turnirə 23 ölkədən 412 cüdoçu qatılıb.