AZ

"Invest AZ QSC" işçilər axtarır - VAKANSİYALAR

Invest AZ QSC

Audit üzrə mütəxəssis

Son tarix 02 may 2025 - Müraciət et

Namizədə tələblər:

  • Təhsil: Ali (İqtisadi təhsil);
  • İş təcrübəsi: 4 il;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta;
  • Kompüter bilikləri: Yüksək;
  • Maliyyə Bazarları sahəsində qanunvericiliyə dair biliklər.

Səriştələr:

  • Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Məlumatların yazılı/şifahi təqdim etmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətin aktivlərinin idarə edilməsini və xərclərin effektivliyini qiymətləndirmək, optimallaşdırma üzrə tövsiyələr vermək;
  • Maliyyə hesabatlarının dəqiqliyini, tamlığını və etibarlılığını yoxlamaq, mümkün uyğunsuzluqları müəyyən etmək;
  • Risklərin və boşluqların aşkar edilməsi, onların qarşısının alınması üçün adekvat tədbirlərin tövsiyə olunması;
  • Şirkətin informasiya sistemləri və avtomatlaşdırılmış əməliyyat proseslərinin effektivliyini, adekvatlığını qiymətləndirmək və uyğunluğunu təmin etmək;
  • Təsdiq olunmuş audit prosedurlarına əsasən audit prosesini həyata keçirmək və yüksək keyfiyyətli xidmət səviyyəsini qorumaq;
  • Biznes proseslərinin daxili qaydalara və prosedurlara uyğun icrasını təmin etmək və nəzarət mexanizmlərini inkişaf etdirmək;
  • Mövcud prosedurların təkmilləşdirilməsi istiqamətində təhlillər aparmaq və yenilənməsinə dair təkliflər vermək;
  • Prosedur və təlimatlarda nəzərdə tutulan tələblərin düzgün icrasına nəzarəti davamlı şəkildə həyata keçirmək;
  • Aylıq audit hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Təklif edirik:

  • İş saatları: 09:00-18:00;
  • İstirahət günləri: Şənbə, Bazar;
  • Nahar;
  • Tibbi sığorta.

 

İnvestisiya Xidmətləri üzrə Kiçik Mütəxəssis

 Son tarix 02 may 2025 - Müraciət e

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil - İqtisadi və ya hüquqi sahələrdən olan namizədlərə  üstünlük veriləcəkdir.
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus və İngilis dilləri - orta səviyyə;
  • Kompüter bilikləri: Microsoft Office və digər müvafiq proqramlar üzrə biliklər;

Tələb olunan bacarıqlar:

  • Dəqiqlik və Detallara Diqqət: Hər bir sənədin düzgün tərtibi və məlumatların doğruluğu vacibdir;
  • Zaman İdarəetməsi və Prioritetləşdirmə: Vaxtı düzgün idarə etmək və ən önəmli işləri öncəliklə həll etmək bacarığı;
  • Sənədlərlə Hüquqi və Normativ Qaydalara Uyğun İşləmək: Hüquqi tələblərə və standartlara riayət etmə bacarığı;
  • Ünsiyyət və Təsir Etmək: Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı;
  • Problemləri Həll Etmək: Qarşıya çıxan çətinliklərə sürətli və doğru həll yolları tapmaq.

Vəzifə öhdəlikləri:

  • İnvestisiya xidmətləri üzrə Qiymətli kağızlar xidmətinin effektiv aparılmasında aktiv iştirak etmək;
  • Sənədləşmə işlərinin qurulması, təşkili və həyata keçirilməsində aktiv iştirak etmək;
  • Kargüzarlıq fəaliyyəti və arxivləşmə qayda və standartlarına tam riayət etmək;
  • Müvafiq reyestrlər üzrə qeydiyyatların aparılmasını təmin etmək;
  • Daxili hesabatların hazırlanmasını təmin etmək və təşkil etmək;
  • Müştəri sifarişlərinin icrasını təmin etmək və mövcud əməliyyatların müvafiq sistemə daxil edilməsi və çıxarılmasını həyata keçirmək;
  • Cəmiyyəti təmsil edən nümayəndə qismində tədbir, treyninq, konfrans və seminarlarda iştirak etmək və ya çıxışlar etmək.

Təklif edirik:

  • İş saatları: 09:00 - 18:00;
  • İstirahət günləri: Şənbə və Bazar;
  • Nahar: Şirkət tərəfindən təmin olunur;
  • Tibbi sığorta: Təmin edilir.
Seçilən
43
fed.az

1Mənbələr