AZ

ABŞ-nin zərbə nəticəsində azı 70 husi öldürülüb

Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani bildirib.

Əl-İryaninin sözlərinə görə, zərbələr zamanı tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.

Seçilən
37
15
olke.az

10Mənbələr