AZ

Mask ABŞ Prezidentinə qarşı: "Trampa məsləhət verirəm ki..."

Amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidenti Donald Trampın ittifaqa qarşı tətbiq etdiyi ticarət tariflərinə baxmayaraq, Avropa İttifaqı ilə azad ticarət zonasını dəstəklədiyini bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-ın ideal olaraq sıfır tarif vəziyyətinə keçməsi, effektiv şəkildə azad ticarət zonası yaratması barədə razılıq əldə olunacaq", - iş adamı bildirib.

İtaliya baş nazirinin müavini Matteo Salvininin ev sahibliyi etdiyi bu ölkdədə keçirilən "Liqa Konqresi"ndə videobağlantı vasitəsilə danışan iş adamı qeyd edib ki, o, ABŞ və Aİ arasında hərəkət və məşğulluq azadlığını da dəstəkləyir. Mask qeyd edib ki, məhz bu, onun prezident Trampa verdiyi məsləhətdir.

phrase_var_article.chosen
153
50
publika.az

10phrase_var_article.sources