AZ

Mövsümü erkən başa vurdu

Qabriel Jezusun son durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, premyer-liqanın 30-cu turunda “Fulhem” üzərində qələbə (2:1) “Arsenal”a baha başa gəlib. London klubunun iki oyunçusu sıradan çıxıb.

Qabriel Jezus 16-cı, digər müdafiəçi Yurryen Timber 78-ci dəqiqədə meydanı tərk edib. Baş məşqçi Mikel Arteta onların durumuna geniş müayinələrdən sonra aydınlıq gələcəyini bildirmişdi.

Artıq mövsümün Qabriel üçün erkən başa çatdığı məlum olub. Braziliyalı futbolçu bu mövsüm premyer-liqada 28 oyuna 3 qol vurub.

Seçilən
86
football-plus.az

1Mənbələr