Tədbir şəhidin məzarının ziyarəti ilə başladı. Ziyarət zamanı gül-çiçək dəstələri düzülərək, şəhidin ruhuna dualar oxundu.
Anım mərasimində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları, Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Ziya İsmayılzadə, Tərtər Rayon Hərbi Səfərbərlik İdarəsinin nümayəndəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AzQMƏVŞAİB) Bərdə Rayon Filialının rəhbəri Etibar Hüseynov, şəhidin ailə üzvləri, şəhid ailələri, eləcə də şəhidin təhsil aldığı Kəlbəcər rayon 94 saylı ümumi tam orta məktəbin rəhbərliyi və şagirdləri iştirak etdilər.
Tədbir iştirakçıları şəhidin ailəsinə başsağlığı verərək, onun göstərdiyi qəhrəmanlığın heç zaman unudulmayacağını, hər zaman xalqın qürur mənbəyi olaraq xatırlanacağını vurğuladılar. Məktəbin rəhbərliyi və şagirdləri şəhidin məktəb illərindən, vətənə bağlılığından və fədakarlığından söz açdılar.
Anım mərasiminin sonunda şəhidin ailəsi tərəfindən Şəhidlər Xiyabanında çay süfrəsi təşkil olundu. Tədbir şəhidin əziz xatirəsinə böyük ehtiram və hörmətlə yekunlaşdı.
Məkanı cənnət, ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin!