AZ

İsrailin endirdiyi zərbələr nəticəsində 4 fələstinli həlak oldu

İsrailin Qəzzanın cənubunda və mərkəzində endirdiyi hava zərbələri nəticəsində azı 4 nəfər həlak olub.   Manset.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb . Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Xan Yunis şəhərində Nasser tibb kompleksinin yaxınlığında yerləşən fələstinli qaçqınlar düşərgəsinə reydi zamanı media nümayəndələrinin olduğu çadır vurulub. Hücum nəticəsində azı 2 jurnalist həlak olub, daha 7 nəfər yaralanıb. Telekanal həmçinin Qəzzanın mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində yerləşən Əl-Əqsa xəstəxanasına İsrail ordusunun irimiqyaslı hava zərbələri endirdiyini xəbər verir. Qeyd olunur ki, bu hücum nəticəsində azı 2 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Daha əvvəl bildirilmişdi ki, Xan Yunisdə yaşayış binalarının bombalanması nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub. Daha bir neçə fələstinli itkin düşüb və dağıntılar altında qalıb.

Seçilən
100
manset.az

1Mənbələr