AZ

“Barselona”da qruplaşma: İspaniyalı futbolçular Levandovskiyə qarşı

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Robert Levandovskini start heyətdə görmək istəmir.

Msport.az xəbər verir ki, 17 yaşlı vinger polşalı hücumçu ilə yaxşı münasibətdə olmasına baxmayaraq, Ferran Torreslə oynamağa üstünlük verir.

İddiaya görə, Pedri və Yamal baş məşqçi Hansi Flikə müraciət edərək, bu mövsüm meydana daha çox ehtiyatdan daxil olan Torresin start heyətində yer almasını istədiklərini bildiriblər.

Qeyd edək ki, Levandovski bu mövsüm La Liqada 29 matçda 25 qol vurub və çempionatın bombardiridir. O, Çempionlar Liqasında isə 10 oyuna 9 dəfə fərqlənib.

Seçilən
164
12
msport.az

10Mənbələr