Dünyanı təhdid edən ölümcül “super bakteriyalar” aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, Malayziyanın Terengqanu şəhərindəki xəstəxanada üzə çıxaırlıb.
"Nəzarətin olmaması ciddi risk yaradır", - deyə açıqlama verən tədqiqatın həmmüəlliflərindən biri, Birmingem Universitetindən əməkdaşı Riçard Mann etiraf edir ki, bu virusla bağlı daha dərin araşdırmaya başlayıblar: "Təəssüf ki, biz bu virusun yayılam arsenalı olan aşağı və orta gəlirli ölkələrdən yetərli məlumat ala bilmirik. Hlabuki, xəstəliyin yayılmasının qarşısının alınması üçün bu da çox vacibdir. Bunun qarşısını alamq üçün beynəlxalq əməkdaşlıq qaçılmazdır".
Araşdırmanın digər aparıcı müəllifi Malayziyanın Sultan Zaynal Abidin Universitetinin professoru Ahmet Karaca da bakteriyaların yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığının vacibliyinə diqqət çəkib: "Əks halda vəziyyət daha da kritik olacaq".
Zülfiyyə Mustafayeva
MİA.AZ