AZ

"O, dünyanın ən yaxşı oyunçusudur" - Ueyn Runi

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi hansı futbolçunu dünyanın ən yaxşı oyunçusu saydığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Give me Sport" belə çatdırıb:

"İstənilən başqa rəqiblə oyunlar ərəfəsində onları məğlub edəcəyimizə əmin olurdum, amma "Barselona" fərqli idi. Mənim gözümdə "Barselona" dünyanın ən yaxşı komandasıdır. Lionel Messinin etdikləri isə inanılmazdır. O, dünyanın ən yaxşı futbolçusudur".

Xatırladaq ki, MY-nin forvardı kimi məşhurlaşan Runi "Everton"un yetirməsidir.

Nihat

Seçilən
46
fanat.az

1Mənbələr