“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland klubu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 24 yaşlı futbolçu İngiltərə klubunun son nəticələrə görə məyus olmağa başlayıb. Buna görə komandasını dəyişmək imkanları nəzərdən keçirilir.
2034-cü ilə qədər müqaviləsi olsa da, ayrılmaq barədə son qərar verərsə, “Siti” üçün Erlinqi saxlamaq çətin olacaq.