AZ

Bu ölkədə fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

ABŞ-nin bir sıra ölkələrə qarşı tətbiq etdiyi yeni rüsumlarınyerli iqtisadiyyata təsirləri ilə əlaqədar Venesuelada aprelin8-dən etibarən fövqəladə vəziyyət elan edilib

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bunu Venesuela lideri NikolasMaduro bəyan edib.

“Sabah mən Venesuela iqtisadiyyatını müdafiə etmək məqsədiləfövqəladə iqtisadi vəziyyət haqqında fərman imzalayacam”, - deyəMaduro bildirib.

O, yeni yüksək rüsumlara görə Vaşinqtonun yürütdüyü siyasətitənqid atəşinə tutub və ABŞ hökumətini beynəlxalq iqtisadiqaydaları pozmaqda və ədalətsiz idxal rüsumları tətbiq etməkdəittiham edib.

Xatırladaq ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Trampyeni gömrük rüsumları sistemini təsdiqləyib. Əsas rüsum dərəcəsibütün idxal olunan məhsullar üçün 10% təşkil edir, ayrı-ayrıölkələr üçün isə bu göstərici daha yüksək olacaq: Məsələn, Çin üçün34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.

Məqalədə:
Seçilən
116
az.trend.az

1Mənbələr