AZ

Hərbi xidmətdən yayınanları hansı cəza gözləyir? - Açıqlama

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, hərbi xidmətdən boyun qaçıran şəxslər barədə xüsusi qaydalar tənzimlənir. Bu maddəyə görə, növbəti səfərbərlik çağırışından qanuni əsas olmadan boyun qaçıran şəxslərə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər”.
Bunu Moderator.az-a  açıqlamasında hüquqşünas Ramil  Süleymanov deyib.
Hüquqşünas qeyd edib ki,  "qanuni əsas" dedikdə, şəxsin möhlət hüququna malik olması nəzərdə tutulur:
“Möhlət hüququ, məsələn, təhsil, səhəti və ya ailə vəziyyəti ilə bağlı ola bilər. Əgər şəxs çağırışdan xəbəri olmadığı halda, sonra hərbi xidmətə getmək üçün ərizə təqdim edirsə və boyun qaçırmadığını bildirirsə, bu da qəbul oluna bilər. Lakin müharibə dövründə qanuni əsas olmadan hərbi xidmətdən boyun qaçırılması hallarında, Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə, üç ildən altı ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər”.
 
Mehin Mehmanqızı
 
Seçilən
106
moderator.az

1Mənbələr