AZ

ABŞ Konqresi Trampın tariflərini ləğv edə bilər

ABŞ Konqresinin prezident Donald Trampın başqa ölkələrdən idxala tariflər tətbiq etməyə imkan verən fövqəladə səlahiyyətlərini ləğv edən qətnamə qəbul etmək hüququ var.

Publika.az xəbər verir ki, bunu Massaçusetsdən olan demokrat senator Elizabet Uorren qeyd edib.

Bildirilir ki, ABŞ tarixində ilk dəfədir ki, Birləşmiş Ştatlar bir nəfərin bütün fond bazarını məhv etdiyi vəziyyətlə üzləşib.

"Konqresin bu xaosu dayandırmaq gücü var. Biz Trampın bu tarifləri tətbiq etmək üçün istifadə etdiyi fövqəladə səlahiyyətləri ləğv edəcək bir qətnamə qəbul edə bilərik", - deyə Uorren "X" sosial şəbəkəsində bildirib.

Seçilən
18
publika.az

1Mənbələr