ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq etməyə başlayıb. Metbuat.az xəbər verir ki, bu barədə Ağ evdən açıqlama verilib. Açıqlamada deyilir ki, Çindən gələn məhsullara 104 faizlik yeni tarif tətbiq edilib. Ağ evin sözçüsü Karoline Leavitt 104 faiz əlavə gömrük rüsumunun Çinin cavab rüsumlarını qaldırmaması səbəbindən qüvvəyə mindiyini ifadə edib. Qeyd edək ki, ABŞ Çinə yeni gömrük rüsümları tətbiq edəndən sonra Çin cavab vermişdi. ABŞ də Çin məshullarına yeni əlavə rüsumlar tətbiq edib. Çin Xarici İşlər Nazirliyi ABŞ ilə gömrük vergilərinə dair bəyanat yayıb. Bildirilib ki, ABŞ israr edərsə, Çin geri addım atmayacaq.