Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında deyib ki, ABŞ prezidenti Donald Trampın sərt proteksionist siyasəti, habelə ABŞ-ın “bütün ölkələrə” qarşı yeni ticarət tarifləri səbəbindən Venesuelada aprelin 8-də iqtisadi fövqəladə vəziyyət tətbiq olunacaq.
“Mən Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında konstitusiya fərmanı imzalayacağam.
Maduro ABŞ-ın yeni tariflərini də sərt şəkildə tənqid edib. O əlavə edib ki, ABŞ hakimiyyəti qlobal iqtisadiyyatın qaydalarını pozur.
//Samir Qurbanov, Editor.az