AZ

TPAO və Pakistan şirkətləri birgə neft-qaz kəşfiyyatı təklifi hazırlayacaq

Bakı. Trend:

Türkiyənin Dövlət Neft Şirkəti – TPAO və Pakistanın üç aparıcıneft-qaz şirkəti Pakistanın dəniz ərazisində neft və qaz kəşfiyyatıüzrə elan ediləcək tenderdə birgə iştirak üçün təklifhazırlayacaq.

Trend-inməlumatına görə, bu razılıq Türkiyənin enerji və təbii sərvətlərnaziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldəolunub.

Pakistan tərəfdən layihəyə “Mari Energies”, “OGDCL” (Oil and GasDevelopment Company Limited) və “PPL” (Pakistan Petroleum Limited)şirkətləri qoşulacaq. Tərəflər 2025-ci il iyunun 30-da elanediləcək tenderə 40 dəniz blokunu əhatə edən kəşfiyyat işləri üçünbirgə təkliflə qatılacaqlar.

Türkiyənin enerji naziri Alparslan Bayraktar bu sazişi Ankarailə İslamabad arasında enerji sahəsində əməkdaşlığındərinləşdirilməsi yolunda növbəti mühüm addım adlandırıb. Onunsözlərinə görə, əldə olunan razılıq təkcə Türkiyə və Pakistan üçündeyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə ciddi töhfəverəcək.

Qeyd edək ki, Türkiyə bu istiqamətdə daha əvvəl Somalinin dənizzonasında geoloji kəşfiyyat işləri aparmaqla bağlı da razılıq əldəetmişdi. Hazırda bu işlər “Oruç Rəis” seysmik tədqiqat gəmisininiştirakı ilə davam etdirilir.

Seçilən
49
az.trend.az

1Mənbələr