Gəncə Apellyasiya Məhkəməsində Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən ilin iyun ayında Daşkəsən rayonunun Əmirvar kəndində baş verib. İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəminində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.
Kamal Məmmədov