Türkiyədə qan donduran hadisə baş verib.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, iddiaya görə, Sakarya İbtidai məktəbinin Psixoloji Məsləhət və Rəhbərlik (PDR) müəllimi Tuba Bahar Günaydın (34) ilə anası Sultan Günaydın (59) arasında mübahisə düşüb.
Mübahisə böyüyüb və evin hamamında ana ilə qız arasında dava düşüb. Sultan Günaydın daha sonra 112 Təcili Zəng Mərkəzinə zəng edərək qızının biləyini kəsərək intihar etdiyini bildirib. Ünvana polis və tibb qrupları göndərilib.
Araşdırmalar zamanı məlum olub ki, Tuba Bahar Günaydın boğazı sıxıldıqdan sonra boyun qırılaraq dünyasını dəyişib, anası isə qızının biləyini intihara bənzətmək üçün kəsib.
2021-ci ildə ərindən ayrıldığı öyrənilən və subay olan Tuba Bahar Günaydın tibbi ekspertiza üçün Samsun Ədli Tibb Qrup Başçılığına aparılıb.