AZ

Çin ABŞ-ın tariflərinə cavab verdi: Biz bu boyun əyməyəcəyik

ABŞ, Çinə tətbiq etdiyi gömrük rüsumunu 104 faizə yüksəltdikdən sonra, Çin bəyanat yayıb.

Marja xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "ABŞ tariflərdən istifadə edərək Çinə təzyiq göstərməyə çalışır. Çin heç vaxt bu zorakılıq davranışına boyun əyməyəcək".

ABŞ prezidenti Donald Tramp “qurtuluş günü” olaraq xarakterizə etdiyi 2 apreldə digər ölkələrə tətbiq olunacaq qarşılıqlı tarif dərəcələrini (gömrük rüsumlarını) açıqlayıb. Tramp, digər ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə 10 faizdən 50 faizədək gömrük rüsumu dərəcələrini elan edib. Bu çərçivədə ABŞ-ın Çindən idxalına 34 faiz gömrük rüsumu tətbiq edilib. 

Çin ABŞ-ın tarif qərarına reaksiya verən ilk ölkə olub və 34 faizlik əlavə tarifə cavab olaraq, ABŞ-dan idxal olunan mallara eyni nisbətdə (34%) əlavə tarif tətbiq edəcəyini açıqlayıb.

Tramp da, Çinin cavab olaraq elan etdiyi 34 faizlik gömrük rüsumunu geri götürməməsi halında ölkəyə əlavə 50 faizlik gömrük rüsumunu tətbiq edəcəyini açıqlamışdı. Çin 34 faizlik cavab tarifini ləğv etmədiyi üçün ABŞ bu gün Çindən idxal əlavə 50 faizlik tarif tətbiq edib.

ABŞ prezidenti Tramp daha əvvəl fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq etmişdi, martın 4-də isə Çin üçün tarif dərəcəsini 20 faizə qaldırmışdı. Bu sərəncamlar ilə ABŞ-ın Çindən idxala tətbiq etdiyi tarif dərəcəsi 104 faizə çatıb. 

Seçilən
98
50
marja.az

10Mənbələr