Qəzetin məlumatına görə, avtomobil istehsalçıları avtomobillərin satış mərkəzlərinə göndərilməsini dayandırıb. Lakin, limanlarda avtomobillərin saxlanılması üçün ödənilən rüsumlar yüksək olduğundan, ixracatçılar mümkün olduğunca bu avtomobilləri ABŞ-ın gömrük anbarlarına köçürməyə çalışırlar.
Bundan əlavə, avtomobil şirkətləri, ABŞ ilə ticarət tərəfdaşları arasında bir növ razılaşma gözləyirlər.
FT-nin ekspertlərlə apardığı söhbətə görə, Kanada ilə dəmir yoluyla gətirilən bəzi nəqliyyat vasitələri Detroit limanına giriş zamanı tıxanıb.
Xatırladaq ki, 2 aprel tarixində Tramp "bütün ölkələrə qarşı" yeni ticarət rüsumlarının tətbiq edildiyini açıqlamışdı. Avropadan gətirilən əksər mallara 20%, Çindən 34%, Cənubi Afrikadan 30%, Hindistandan 26%, Cənubi Koreyadan 25%, Yaponiyadan isə 24% rüsum təyin olunub, xarici nəqliyyat vasitələri üçün isə 25% rüsum müəyyən edilib.