ABŞ prezidenti Donald Tramp nüvə iqtisadi müharibəsinə başlayıb.
Editor.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyasının canlı efirində Polşa baş nazirinin müavini və informasiya naziri Kşiştof Qavkovski məlumat verib.
“Çinə 100 faizdən çox gömrük rüsumunun tətbiq ediləcəyi ilə bağlı son açıqlamalardan sonra dünyada nüvə iqtisadi müharibəsi başlayır”,-deyə bildirilib.
Qavkovski ABŞ və Çin arasında qarşılıqlı tariflərin qlobal iqtisadiyyata təsir edəcəyini vurğulayıb.
Tramp aprelin 2-də 185 ölkə üçün yeni idxal tarif sistemi tətbiq edib. Bütün idxal olunan mallar üçün baza dərəcəsi 10% olduğu halda, ayrı-ayrı ölkələr üçün bu dərəcə əhəmiyyətli dərəcədə yüksək olub: Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Çin buna cavab olaraq Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.
//Gülnarə Abasova, Editor.az