"Rusiya hücuma keçib, amma Ukrayna öz qüvvələrinə güvənir..."
Rusiya bir sıra vacib üstünlüklərə malik olsa da, o, Ukraynanın istehsal etdiyi pilotsuz uçuş aparatları qədər irəliləyiş əldə edə bilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
Ukrayna hesab edir ki, Rusiyanı kifayət qədər çəkindirməyə qadirdir. Moskva Çin hərbçilərini cəlb edə bilsə də, Kiyev öz pilotsuz uçuş aparatlarına malikdir, - nəşr yazıb.
Mart ayında Rusiya qoşunları Ukrayna qüvvələrini 2023-cü ilin avqust ayından bəri saxladıqları Kursk bölgəsinin böyük hissəsindən çıxarıb. Rusiya elit bölmələr, şimali koreyalı hərbçilər və yeni silahlar - kabel vasitəsilə idarə olunan optik lifli dronları tətbiq edib, bunlar radio siqnalları əvəzinə kabellə idarə olunduğundan radio maneələrinə qarşı qeyri-şəffafdır.
Bu gün döyüşlər yenidən Ukrayna ərazisinə keçib. Sərhəd kəndləri atəşə tutulur, minlərlə insan qaçmağa məcbur olub. Bir qrup Rusiya desantı sərhədi keçib, lakin Sumsk vilayəti hərbi administrasiyasının sədri Vladimir Artyuxun dediyinə görə, "onlar məhv edilib".
Ukrayna qüvvələri, xüsusən martın sonunda Belqorod bölgəsinə keçirilən reyd zamanı sərhədin Rusiya tərəfinin bəzi hissələrini saxlayır. Buna cavab olaraq Rusiya Ukraynanın keçilən kəndlərini atəşə tutur.
Donbasda döyüşlər səngiməyib. Prezident Vladimir Zelenski aprelin 8-də Çin vətəndaşlarının saxlanılması barədə məlumat verib, bunlar Rusiya tərəfində döyüşüb. Zelenski bildirib ki, bu məsələni Çin hökuməti ilə müzakirə edəcək.
Sumı vilayəri zərbə altındadır, amma təslim olmur
Sumıda və şəhər ətrafında Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) nəzarəti gücləndirilib, yeni sığınacaqlar, xəndəklər və müdafiə xətləri tikilir. Lakin Sumıda həyat davam edir: Artyuxun dediyinə görə, şəhər sakinlərinin sayı hətta tammiqyaslı müdaxilənin başlanğıcından artıb. Burada məcburi köçkünlər şəhəri tərk edənlərdən iki dəfə çoxdur.
Artyux bəzən jurnalistlərlə söhbətini dayandıraraq, göydən gələn səsləri dinləyib. Əvvəlcə düşmənin atəşinin səsi, sonra isə Ukrayna qırıcılarının - biri sovet istehsalı olan MiQ, digəri isə ABŞ istehsalı olan F-16-nın gurultusu eşidilib.
Bu ilin ilk üç ayında Sumşı vilayəti 8925 dəfə pilotsuz uçuş aparatları, raketlər və idarə olunan bombalarla hücuma məruz qalıb, keçən il isə bu göstərici 3693 olub. Lakin şəhərdə hələ də sakitlikdir.
Bir çox təxliyə edilən, xüsusilə yaşlı insanlar, evlərinə qayıda biləcəklərinə əmin deyil. Donbasdan olan məcburi köçkün, "Pluriton" humanitar təşkilatının nümayəndəsi Yekaterina Arisoy deyir: "Onların sağlamlıq vəziyyətləri pisləşir, psixoloji problemləri yaranır, onlar ölürlər".
Gözləmə içində sükut və texnologiyalara ümid
Kupyansk yaxınlığında, cəbhə ilə Rusiya sərhədi arasında bir kənddə, "Tayfun" pilotsuz uçuş aparatı bölməsi Pokrovska köçürülməyə hazırlaşır. Komandir Mixail deyir ki, yaxınlarda ukraynalılar, rusiyalılar onlara sahib olduqdan yalnız bir neçə ay sonra", öz optik lifli dronlarını istifadə etməyə başlayıb. Mixailin sözlərinə görə, "bu, mövqelərin təchiz edilməsi üçün daha az hərbçiyə ehtiyac olduğunu bildirir".
Hələ altı ay əvvəl geri çəkilmə qorxusu vardı, amma indi dronlar və möhkəm mövqelərin hücumu dayandırmaq qabiliyyəti barədə əminlik yaranıb. Rusiya ciddi irəliləyiş əldə etməyib. "Sülh danışıqları mümkündürmü - bu sual hələ də cavabsızdır. Ukrayna, əsasən, öz qüvvələrinə güvənir," - nəşr yazıb.
Rusiya hücuma keçib - əsas xəbərlər
Bu gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, daha öncə prezident Vladimir Zelenskinin dediyi kimi, Rusiyanın Sumı və Xarkov bölgələrinə hücumu artıq başlayıb.
Rusiya cəbhə xətti boyunca hücum əməliyyatlarını fəallaşdırır. CNN nəşri Ukrayna zabitləri, ümumi qərargah və öz müxbirlərinin məlumatlarına istinadən Ukrayna irəliləyiş təhlükəsini qeydə alıb.