AZ

Ruslar Ukrayna hərbçiləri tərəfindən yaradılmış saxta bunkerləri bombalayır - BI

Ukrayna əsgərləri onları vurmaq istəyən rus pilotsuz təyyarə operatorlarını aldatmaq üçün ağac budaqlarından saxta səngərlər düzəldirlər.

Herbiand.az bildirir ki, bu barədə Business Insider (BI) yazıb.

Dron operatoru Dimka Jluktenkonun sözlərinə görə, döyüşçülər üçün bir neçə yalançı mövqe hazırlamaq standart əməliyyat proseduruna çevrilib.

O qeyd edib ki, əsgərlər meşə zolağında saxta səngərlər düzəldir və onları elə layihələndirirlər ki, hər şey real görünsün: “Siz orada insan həyatının izlərini, zibil qutusunu və s. qoyursunuz. Bu, Rusiya pilotsuz təyyarələrinin saxta mövqelərə fokuslanmaq şansını artırır”.

Hərbçinin sözlərinə görə, düşmən saxta bunkerə hücum etməyə başlayanda bu, Ukrayna əsgərləri üçün əhəmiyyətli xəbərdarlıqdır: “Bu, sizin oradan mümkün qədər tez çıxmağınız üçün bir siqnal olacaq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
47
herbiand.az

1Mənbələr