AZ

Rüfət iki həftə “dincələcək”

“Turan Tovuz”un futbolçusu Rüfət Əhmədov premyer-liqanın 29-cü turunda - “Səbail”lə matçda zədələndi. 14-cü dəqiqəndə top uğrunda mübarizə zamanı yerdə qalan yarımmüdafiəçi həkimlərin müdaxiləsindən sonra meydanı tərk etdi.

Onun sağlıq durumunu “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevdən soruşduq:
“Futbolçu dizindən zərbə alıb. Müalicəsi davam edir. Yaşıl meydanlardan iki həftə uzaq qalması gözlənilir”.
ƏSƏD SEYİDOV
Seçilən
38
football-plus.az

1Mənbələr