Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-yə qarşı cavab ticarət tariflərini təsdiqləyib.
Bu barədə Avropa Komissiyasının (AK) saytında məlumat verilib.
“Bu gün Aİ-yə üzv dövlətlər Avropa Komissiyasının ABŞ-yə qarşı ticarətlə bağlı əks-tədbirlərin tətbiqi təklifinin lehinə səs veriblər”, - məlumatda deyilir.
Bundan əlavə, AK hesab edir ki, ABŞ tarifləri hər iki tərəfə, eləcə də qlobal iqtisadiyyata dağıdıcı iqtisadi ziyan vurur. Bildirilir ki, tariflər aprelin 15-dən etibarən tutulmağa başlayacaq.