“Ticarət müharibələrinin qlobal nəticələri olacaq.”
KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
“Bu ticarət müharibələrinin nəticələri olacaq. Hər kəsi əhatə edəcək güclü bir qasırğa yaxınlaşır”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Tramp deyib ki, ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.
Aynurə İsmayıl
KONKRET.az