Ukrayna ABŞ-dan “Patriot” zenit-raket komplekslərinin (SAM) daxil olacağı böyük silah paketi almağa hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, o, artıq ABŞ prezidenti Donald Trampa Kiyevin 10 “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazır olduğunu bildirib:
“Mən ona telefonda dedim ki, bizə ən azı 10 “Patriot” hava hücumundan müdafiə sistemi verin. Biz müvafiq paket üçün 30 milyard və 50 milyard dollar tapmağa hazırıq". Eyni zamanda, Zelenski kəskin büdcə kəsiri kontekstində Ukraynanın hərbi yardım paketini almaq üçün vəsaiti haradan alacağını dəqiqləşdirməyib.
Anar Əliyev