Amerikalı jurnalist Taker Karlson sosial şəbəkədə bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası nüvə müharibəsi təhlükəsi ilə bağlı xəbərlərə məhəl qoymayıb və Rusiya ərazisinə zərbələr endirmək üçün raketləri Kiyevə verib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, təxminən Ukrayna münaqişəsinin ortasında Pentaqon nümayəndələri hesablamalar aparıb və müəyyən ediblər ki, ABŞ Kiyevə silah göndərib Rusiyaya zərbələr endirsə, nüvə mübadiləsi ehtimalı 50% olacaq.
"Və Amerika onlara bu silahı verdi. İnsanın başında nə olmalıdır? "Ağılı başında olan heç kim bunu etməz", - Karlson deyib.
Qeyd edək ki, söhbət ATACMS və “Storm Shadow” raketlərindən gedir.