“Apple” smartfonlarının qiyməti arta bilər.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, “Bank of America” analitikləri belə hesab edir.
Onların fikrincə, “Apple Inc.” Şirkətinin istehsalı olan smartfonlarının qiyməti, şirkət istehsalı ABŞ-a köçürsə, daha yüksək əmək haqqı və hissələrin idxalına görə rüsumlar səbəbindən 90% və ya daha çox arta bilər.
Bankın eksperti Uomsi Moenin bildirib ki, “iPhone” qiymətləri yalnız ABŞ-da daha yüksək əmək haqqı xərcləri səbəbindən 25% arta bilər.
Hətta “Apple” smartfonları Birləşmiş Ştatlarda yığsa belə, “iPhone”da istifadə olunan hissələrin əhəmiyyətli bir hissəsi yenə də Çindən idxal ediləcək. Ekspert qeyd edib ki, müvafiq olaraq, idxala yüksək rüsumlar tətbiq ediləcək.
“Wedbush” şirkətinin analitiki Daniel Ayvzın hesablamalarına görə, şirkət smartfonların 90%-ni Çində istehsal edir və yığır.
CFRA analitiki Angelo Dzino bu payın 85% olduğunu düşünür. Digər ekspertlər də qeyd edirlər ki, “Apple” məhsullarının bir hissəsi Vyetnam və Hindistanda istehsal olunur ki, bu da şirkətə müəyyən manevr imkanı verir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Çindən idxal olunan mallara tariflərinin dərhal 125%-ə qaldırılmasını elan edib. Çin cavab olaraq bütün Amerika idxalına 84% rüsum tətbiq edib.