Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsilmüəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyəmüraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddətiuzadılıb.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatyayıb.
Bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ciil saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçəbilərlər.
Qeyd edilib ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci iltarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdimolunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidənmüraciət etməsinə ehtiyac yoxdur.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dairməlumatla tanış ola bilər.
Müsabiqə üzrə ümumi məlumat