AZ

Ruslar ukraynalı yeniyetmələri Avropada təxribat üçün “əməkdaşlığa” cəlb edirlər - NYT

Ruslar ukraynalı yeniyetmələri təkcə Ukraynada deyil, həm də Avropada təxribat törətmək üçün verbovka edirlər.

Herbiand.az bildirir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, son iki ildə Avropada çoxlu sayda ticarət mərkəzləri, anbarlar, sualtı kabellər və dəmir yolları zədələnib.

The New York Times yazır ki, bu təxribat aktlarının çoxu Rusiya hərbi kəşfiyyatının xaos yaratmaq cəhdləri ilə bağlıdır.

Qeyd olunur ki, Rusiya Federasiyası tərəfindən verbovka edilən ukraynalı yeniyetmələrdən biri müharibə səbəbindən Ukraynanı tərk edərək Polşaya gedən 17 yaşlı Daniil Bardadim olub. 2024-cü ilin əvvəlində ona IKEA mağazasını yandırmaq tapşırılıb. Bunun müqabilində BMW avtomobili və təxminən 11.000 dollar pul vəd edilib. Sonda o işlənmiş maşın alıb, pul isə verilməyib. Hüquq-mühafizə orqanları onu həbs edərək bir sıra terrorizm ittihamları ilə Litvada həbsxanaya salıblar.

Nəşr paylaşıb ki, 2023-cü ildən 2024-cü ilə qədər Rusiyanın Avropadakı gizli təxribat əməliyyatlarının sayı təxminən üç dəfə artıb.

Litvalı müstəntiqlər hesab edirlər ki, Avropada Rusiya təxribatında iştirak edən insanların motivasiyası əsasən puldur. Baş prokuror Arturas Urbelis əmin edib ki, ruslar Ukraynadakı müharibə səbəbindən çətin maliyyə vəziyyətinə düşmüş təcrübəsiz gəncləri axtarırlar.

Litvalı müstəntiqlər həmçinin müəyyən ediblər ki, ruslar Telegram messencerindən və onun Çin analoqu Zengi-dən istifadə edərək insanları “əməkdaşlığa” cəlb edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr