AZ

ABŞ Çin mallarına rüsumları 145%-ə qədər artırıb

ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumları 145%-ə qaldırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Ağ Ev cümə axşamı CNBC-yə təsdiq edib ki, Çinə ümumi tarif dərəcəsi faktiki olaraq 145% olacaq. O, fentanil böhranına cavab olaraq tətbiq edilən 20% tarifdən əlavə, mallara yeni 125% tarifdən ibarətdir”, – kanalın bəyanatında deyilir.

Daha əvvəl Reuters xatırladıb ki, Tramp Çin mallarına 10% rüsum tətbiq etməklə başlayıb, sonra isə ölkəyə fentanilin (Çində istehsal olunan narkotik) idxalının davam etməsi səbəbindən daha 10% əlavə edib.

Qeyd edək ki, aprelin 9-da Tramp ABŞ-ın 75-dən çox ölkəyə ticarət tariflərini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Bundan əlavə, Tramp ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal 125%-ə qaldıracağını bildirib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.

Seçilən
66
28
nocomment.az

10Mənbələr