Ermənistanın Araza atdığı tullantılar nəticəsində çirklənən çaylardan biri də Oxçuçaydır. 27 il ərzində Ermənistanın ekoloji pozuculuq fəaliyyətinin təsiri özünü sözügedən çayın çirkləndirilməsində də göstərir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri brifinqdə "Environmental Protection" QHT Koalisiyasının həmtəsisçisi Amin Məmmədov deyib. O söyləyib ki, Ermənistanda faydalı qazıntı hasilatı sahəsində fəaliyyət göstərən xarici şirkətlər çoxsaylı çağırışlara rəğmən su hövzələrinin çirkləndirilməsi barədə hesabatlarını təqdim etməyiblər.
Millət vəkili Pərvanə Vəliyeva isə bildirib ki, dünyanın müxtəlif ölkələrindən, hətta Ermənistandan olan vətəndaş cəmiyyəti təşkilatları bu ölkənin məsuliyyətsiz ekoloji idarəçiliyi ilə bağlı narahatlıqlarını ifadə edərək, hökuməti bu böhrana cavab verməyə və QHT-lərlə əməkdaşlıq etməyə çağırırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.