AZ

Afrikada sirli yeraltı keçidlər TAPILDI

Alman alimləri Afrika və Yaxın Şərqdə sirli yeraltı keçidlər aşkar ediblər.

News24.az medianews.az-a istinadla xəbər verir ki, onları kimin qazdığı məlum deyil.

Mayns Universitetinin mütəxəssisləri əmindirlər ki, yeraltı keçidlər hansısa canlı varlığın fəaliyyəti nəticəsində yaranıb. Eyni zamanda, inşaatçılarının çoxdan öldüyünü də istisna etmirlər: keçidlərin yaşı bir-iki milyon il qiymətləndirilir.

Keçidlər miniatür ölçülüdür. Onlar adətən mərmər və ya əhəng daşından hazırlanır. Onlar adətən təxminən 2,5 santimetr uzunluğunda və 0,5 millimetr enində olurlar.

Bu cür ilk yeraltı keçidlər 15 il əvvəl Namibiyada kəşf edilib. Daha sonra onlar Səudiyyə Ərəbistanı və Omanda da tapılıb.

Tədqiqatın nəticələri “Geomicrobiology” elmi jurnalında dərc olunub.


Seçilən
94
news24.az

1Mənbələr