AZ

Pentaqon rəhbəri: “ABŞ Çinlə münaqişə istəmir”

ABŞ və Çin arasında mümkün münaqişənin nəticələri ağır olar.

Editor.az Fox News-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun sədri Pit Heqset deyib.

Heqset vurğulayıb ki, Vaşinqton Pekinlə münaqişəyə can atmır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl Çindən gələn mallara gömrük rüsumunu 145 faizə qaldırmışdı. Çində vahid tarif dərəcəsi, fentanil böhranı səbəbindən tətbiq edilən 20% dərəcəsinə əlavə olaraq, mallara yeni 125% tarifdən ibarətdir. Ağ Ev rəhbəri ölkənin “çox yaxşı vəziyyətdə” olduğunu və idxal tariflərinin tətbiqindən sonra gündə 3,5 milyard dollar “qazandığını” vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
93
46
editor.az

10Mənbələr