AZ

Azərbaycan klubu onu baş məşqçi postundan uzaqlaşdıracaq? - AÇIQLAMA

Mətbuatda Vasili Berezutskinin payızda “Sabah”ın baş məşqçi postunu tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Sportinfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan klubunun mətbuat xidməti açıqlama verib.

Rusiyanın “Sport-Express” nəşri məsələ ilə bağlı klubun mövqeyini öyrənib. “Sabah”dan rusiyalı mütəxəssislə müqavilənin davam etdiyi bildirilib:

“Vasili Berezutskinin “Sabah” futbol klubu ilə müqaviləsi var. Hazırda həm baş məşqçimiz, həm də klub bütün diqqətini qarşıdakı vacib oyunlara cəmləyib”.

“Sabah” Azərbaycan çempionatında keçirdiyi son 7 matçda qalib gəlmir. Bu müddətdə Vasili Berezutskinin komandası 5 dəfə heç-heçə edib, 2 dəfə də məğlubiyyətlə üzləşib.

“Sabah” hazırda Premyer Liqanın turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
14
sportinfo.az

1Mənbələr