ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər bu dəfə dollara mənfi təsir edib.

İndex.az xəbər verir ki, “Bloomberg”in dollar göstəricisi ötən ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Belə ki, “Bloomberg Dollar İndeksi” cümə axşamı günortadan sonra Nyu-York birjasında 1,71%-ə qədər azalıb.

Bu azalma investorların qızıl, İsveçrə frankı və Yapon yeni kimi təhlükəsiz limanlara yönəlməsinə səbəb olub.