AZ

“Bu səfərdən sonra iki ölkə arasında münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağıq”- Millət vəkili

“ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru adlı beynəlxalq siyasətin müzakirəsinə həsr olunan tədbir keçirilib. Yeddinci dəfə keçirilən bu tədbirdə ötən müddətdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və Qarabağın dörd şəhərində keçirilmiş müzakirələrdə iştirak edib. Bu il isə ADA Universitetinin beynəlxalq konfransına rekord sayda – 80 xarici ölkə vətəndaşı qatılıb”

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin müzakirəsi, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışlar baxımından olduqca əhəmiyyətli rol oynayır. ADA Universitetində keçirilən forumun əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüququn mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır:

“Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edərkən İranla – Azərbaycan münasibətlərindən danışarkən bildiribki,
“Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Bəli Azərbaycan bütün qonşularıyla qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinə maraqlıdır. İrandakı son seçkilərdən sonra dövlətimizlə münasibətlərin müsbət yöndə dəyişdiyini də görürük. Hətta seçkilərdən sonra ilk dəfə, İran Prezidenti Məsud Pezeşkian azərbaycan dilində müsahibə verdi.

O müsahibəsində İran Azərbaycanındakı problemlərin, Urmiya gölünün qurumasının qarşısının alınması və ana dilində təhsil problemlərinin həllinə söz vermişdi. Ümumiyyətlə 2025-ci ilin ilk rübünü Azərbaycan-İran münasibətlərinin tarixində mühüm dəyişikliklər dövrü kimi xarakterizə etmək olar. Həqiqətən də, Azərbaycan-İran münasibətlərinin intensivliyi baxımından ilk üç ay əlamətdardır və bu proses davam edir. M.Pezeşkilan Novruz bayramı ilə bağlı İlham Əliyevə göndərdiyi təbrik məktubu bu baxımdan mühüm sayılır. Məktubda bildirilib ki, 2025-ci ilin ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcəyinə, xalqlarımızın rifah və firavanlığına xidmət edəcəyinə ümid edir. M.Pezeşkianın Bakıya gözlənilən səfərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət irəliləyiş olacağı gözləniləndir. Proqnoz etmək olar ki, səfərdən sonra iki ölkə arasında münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağıq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr