AZ

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumukeçirilib.

Trend xəbərverir ki, forumun əsas məqsədi süni intellekt və böyük verilənlərsahəsindəki ən son yenilikləri müzakirə etmək, bu sahədə beynəlxalqəməkdaşlığı gücləndirmək, akademik, sənaye və dövlət sektoruarasında əlaqələrin möhkəmləndirməkdir.

ADA Universitetində keçirilən forumda Kolumbiya Universiteti,Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti və TallinTexnologiya Universitetinin nüfuzlu professorları iştirakediblər.

Tədbiri giriş sözü ilə açan İnformasiya Texnolagiyaları vəMühəndislik Fakültəsinin Dekanı Abzəddin Adamov qonaqlarısalamlayıb.

"Biz Azərbaycanda və qlobal miqyasda parlaq zehinləri bir arayagətirən bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq ki,tədqiqatlar, nailiyyətlər və bu sahədə qarşımızda durançətinliklərlə bağlı mühüm məsələləri müzakirə edək", - obildirib.

"Son onillikdə biz süni intellekt və böyük verilənlərinqeyri-adi nailiyyətlərinin şahidi olduq", - A.Adamov qeyd edib.

O, həmçinin, tədbirin mövzusunun cari dövrdə aktuallığına diqqətçəkib.

Forumda ADA Universitetinin müəllimi Samir Rüstəmov "Neurotime"şirkətinin məhsullarını təqdim edib.

Bunlara reklamların təyini, "chat-bot" sistemlərinin qurulması,nitqin tanınması, nitqin sintezi sistemi kimi məhsullar aiddir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininicraçı direktoru Fariz Cəfərov isə bildirib ki, qlobal süniintellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞdollarına çatacaq.

Onun sözlərinə görə, 2030-cu ilə qədər bu rəqəmin 1,8 trilyonABŞ dollarına qədər artacağı proqnozlaşdırılır.

"Süni intellekt 2030-cu ilə qədər qlobal iqtisadiyyata 15,7trilyon dollar əlavə dəyər qatacaq. Mən vurğulamaq istərdim ki, bu,qlobal iqtisadiyyatın hazırkı həcminin 14%-ni təşkil edir", - odeyib.

İcraçı direktor bildirib ki, superkompüterlər, internet olmadansüni zəkadan istifadə etmək qeyri mümkündür.

"Məsuliyyətli süni zəka çox əhəmiyyətlidir. Bizim öhdəliyimizsüni zəkanın sahələr üzrə istifadəsini təkminləşdirməkdir.Düşünürəm ki, biz süni zəka vasitələrini inklüziv vasitələrəçevirməliyik", - deyə o əlavə edib.

Fariz Cəfərov vurğulayıb ki, Azərbaycan artıq səhiyyə, təhsil,kənd təsərrüfatı, idman və rəqəmsal dövlət kimi sahələrdə süniintellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələri sınaqdankeçirir.

Forumda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data ForumuAzərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsindəregional liderliyə doğru atdığı növbəti mühüm addım kimiqiymətləndirilib.

Tədbirin rəsmi açılışından sonra “Neurotime” şirkətinin başdirektoru Vüqar Cavadov və həmtəsisçisi Samir Rüstəmov “Akademiyavə sənayenin qovşağında süni intellekt” mövzusunda təqdimatla çıxışediblər.

Forumda sahənin tanınmış şirkət rəhbərləri də iştirakediblər.

Tədbir panel müzakirələrlə davam edib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
42
1
az.trend.az

2Mənbələr