AZ

“Rəhbərliyin dəstəyini hiss edirəm ki, burdayam” – Elvin Məmmədov

“Səbail” Misli premyer-liqasının 30-cu turunda evdə “Qarabağ” önündə darmadağın oldu - 1:4.

“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Elvin Məmmədovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Ağır oyun olacağını bilirdik. Futbolçulara təşəkkürümü bildirirəm ki, mübarizə apardılar. Növbəti oyunlara hazırlaşacağıq.

- Məşqçi karyeranızda 1-ci liqada çalışarsız?
- Rəhbərliyə təşəkkür edirəm ki, bu şansı mənə veriblər. Bu mənim üçün bir təcrübədi. Sonunu fikirləşmək istəmirəm. Məşqçi işinə yeni başlayıramsa, gələcək üçün niyə də olmasın?! Hələ danışmaq tezdi.

- Ard-arda iki qol buraxmaq oyunun ab-havasını dəyişdi…
- Düz qeyd etdiz. Rəqibin gücü bəlli idi.Yaxşı mübarizə apardıq. Biz demişdik ki, “Qarabağ” səhvi bağışlamır. Futbolda səhv qaçılmazdı.

- Rəhbərlik Şahin Diniyevdən sonra sizə şans versəydi, bundan yaxşı ola bilərdi?
- Bu barədə böyük-böyük danışa bilmərəm. Bəlkə də bundan bərbad nəticələr ola bilərdi. Bu mənim üçün böyük nəticədi.

- Belə çətin zamanda özünüzü necə motivasiya edirsiz?
- Çətin vəziyyətləri futbolçu kimi də yaşamışam. Rəhbərlik tərəfindən dəstək var və bu barədə danışırıq. Qarşıda oyunlar var, hər şey dəyişə bilər. Bunun üçün zaman lazımdı.

- “Kəpəz”lə xal fərqini endirməyi mümkün görürsüz, yoxsa möcüzə gözləyirsiz?
- Futbolda hər şey mümkündü.

- Cavid Hüseynov demişdi ki, komanda sahibsizdi. Həqiqətən belədi?
- Hər kəsin fikrinə hörmətləyanaşıram. Bu gün Cavidin yerinə danışa bilmərəm. Rəhbərlik mənim yanımda olub. Rəhbərliyin dəstəyini hiss edirəm ki, burdayam.

ƏSƏD SEYİDOV

Seçilən
69
football-plus.az

1Mənbələr