AZ

“Chevron” Venesuela neftini tankerlərdən boşaltmağa məcbur qaldı

Bakı. Trend:

ABŞ-nin “Chevron” şirkəti Vaşinqtonun birtərəfli sanksiyalarısəbəbindən Birləşmiş Ştatlara göndərilməsi nəzərdə tutulanVenesuela neftini tankerlərdən boşaltmağa məcbur olub.

Trend xəbər verirki, bu barədə Bolivar Respublikasının icraçı vitse-prezidenti vəkarbohidrogen naziri Delsi Rodriges “Telegram” kanalında məlumatyayıb.

Rodriges bildirib ki, ABŞ tərəfindən tətbiq olunan iqtisadisanksiyalar nəticəsində “Chevron” Venesueladan karbohidrogentədarükünə görə ödəniş edə bilmədiyindən, neft Venesuelanın dövlətneft və qaz şirkəti “Petroleros de Venezuela”ya (PDVSA)qaytarılıb.

“Bu neft beynəlxalq bazarda satışa çıxarılacaq və PDVSA xaricitərəfdaşlarla imzalanmış müqavilələrin şərtlərinə əməl edəcək,” –deyə vitse-prezident əlavə edib.

Rodriges həmçinin vurğulayıb ki, ABŞ Venesuelanın işləməsinə vəinkişaf etməsinə mane ola bilməyəcək və ölkə bu prosesdə qalibgələcək.

Qeyd edək ki, 2015-ci ildən etibarən ABŞ və onun müttəfiqləriVenesuelaya qarşı 930-dan çox birtərəfli sanksiya tətbiq ediblər.Ölkə iqtisadiyyatına ən böyük zərbə 2019-cu ildə – Donald Trampınprezidentliyi dövründə PDVSA-ya qarşı qoyulan sanksiyalarlavurulub. Bu ilin fevralında Tramp, “Chevron” da daxil olmaqlaAmerika neft şirkətlərinə Venesuelada fəaliyyətə icazə verənsanksiya istisnalarını ləğv edib. Şirkət mayın 27-dək fəaliyyətinitam dayandırmalıdır. Mart ayının sonunda isə digər xaricişirkətlərə də ABŞ lisenziyaları ləğv edilib.

Seçilən
43
1
az.trend.az

2Mənbələr