
Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin olunub."Ulusum". az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.- Doğum tarixi və yeri: 15 mart 1955-ci il, Yevlax şəhəri - Təhsili: 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib - İş fəaliyyətinə başlanğıcı: Respublika prokurorluğu orqanlarında işə qəbul olunub - Əvvəlki vəzifələri: - Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi - Qazax və Şəmkir rayon prokurorlarının müavini - 1993–2000-ci illərdə Baş prokurorun müavini Ali vəzifə: - 10 fevral 2005-ci il tarixli Sərəncamla Baş prokurorun müavini — Hərbi prokuror təyin olunub - Rütbə: - 24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilib - Təqaüd: - 8 aprel 2025-ci ildə təqaüdə göndərilib
Diqqət Çəkənlər
ABŞ-da SƏS SALAN AZƏRBAYCANLI - VİDEO
Ən böyük səhv - Yatmadan əvvəl qidalandırıcı gecə kremi çəkmək
Bu, onların üçüncü görüşü olacaq: Trampın adamı Putinin qapısında