AZ

Ba hələ məşq etmir

“Kəpəz”in futbolçusu Mahamadu Ba premyer-liqanın 29-cu turunda “Sabah”la matçda zədələndi. 15-ci dəqiqədə Kahim Parris ondan topu almağa çalışarkən ayağına oynadı. Belədə yerdə qalan futbolçu meydanı xərəkdə tərk etdi.

Banın sağlıq durumunu “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevdən soruşduq:
“Ayağında burxulma və zədə var. İki gündü məşq etmir. Hansı müddətdə sıradan çıxdığı qarşıdakı günlərdə dəqiqləşəcək. Vəziyyəti elədi ki, dəqiq bir söz demək olmur”.

ƏSƏD SEYİDOV
Seçilən
25
football-plus.az

1Mənbələr