AZ

İran sərhədində naryada atəş açan qaçaqmalçı zərərsizləşdirilib, biri saxlanılıb, digəri qaçıb - DSX

Bakı. Trend:

Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd QoşunlarıKomandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindəsərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslamRespublikasından Azərbaycan Respublikası istiqamətində dövlətsərhədini pozması müşahidə edilib.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindənməlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təminedilməsi, narkotik vasitələr, psixotrop maddələr və onlarınprekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləriuğurla davam etdirilir.

“Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidmətiərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmriverilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıqatəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlımüqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədiləatəş açıblar.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” AzərbaycanRespublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərəkcavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerindəzərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanınqaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə,İran ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görməcihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraqgötürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xəttiilə məlumatlandırılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindənzəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
40
24
az.trend.az

10Mənbələr