AZ

Sodik Safoyev TDT güclənməsi üçün nəqliyyat infrastrukturunun inkişafının vacibliyini vurğulayıb

Antalya. Trend:

Türk Dövlətləri arasında nəqliyyat infrastrukturunun inkişafıTürk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi üçün böyük önəmkəsb edir.

Trend xəbərverir ki, bunu Özbəkistanın Oliy Məclisinin (parlament) sədrininbirinci müavini Sodik Safoyev Antalya Diplomatik Forumundabildirib.

O vurğulayıb ki, indiki mərhələdə təkcə nəqliyyatinfrastrukturunu inkişaf etdirməklə kifayətlənilməməlidir, eynizamanda, başqa sahələrdə, o cümlədən, kommunikasiya və informasiyatexnologiyaları sahələrində qarşılıqlı əlaqəni yaxşılaşdırmaqvacibdir.

S.Safoyev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ilkin olaraqortaq mədəni dəyərlər, baxışlar və prinsiplər əsasında yaradılıb.O, təşkilatın effektiv fəaliyyət sisteminin formalaşdırılmasındatarixi varisliyin roluna da diqqət çəkib.

Onun fikrincə, sürətlə inkişaf edən sənaye inqilabı şəraitindəcəmiyyət, iqtisadiyyat və düşüncə sistemində baş verəcək keçidlərəhazır olmaq zəruridir.

S.Safoyev əlavə edib ki, parlament üzvləri nəqliyyat sahəsi dədaxil olmaqla, əməkdaşlığın hüquqi bazasının yaradılmasıprosesində, o cümlədən, milli qanunların uyğunlaşdırılması vərazılaşmaların ratifikasiyası istiqamətində daha fəalolmalıdırlar.

Seçilən
66
az.trend.az

1Mənbələr