AZ

AŞPA-da “siyasətçi”lər sonlarının çatdığını görür və öz yararlılıqlarını sübut etmək üçün çirkin vasitələrə əl atırlar – ŞƏRH

Bakı. Trend:

Bu gün beynəlxalq münasibətlər sistemində dərin böhran hökmsürür. Artıq beynəlxalq hüquq normaları işləmir, yalnız böyükgüclər öz iradələrini digər ölkələr üzərində tətbiq etməyəçalışırlar. Bəzi beynəlxalq təşkilatlar isə onların əlində alətəçevrilib. Prezident İlham Əliyev bir neçə gün öncə ADAUniversitetində yeni dünya nizamı mövzusuna həsr olunmuş beynəlxalqforumda bununla bağlı mükəmməl mövqe ortaya qoydu. Görünən odur ki,müəyyən dairələr dövlət başçısının haqlı fikirlərindən ciddinarahatlıq keçirir. Bu baxımdan, AŞPA sədri Teodoros Rusopulosunbəyanatı göstərir ki, Azərbaycan Prezidentinin fikirləri onlarısözün əsl mənasında isterikaya salıb.

Bu fikirləri Trend-ə açıqlamasında Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininüzvü, deputat Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan Avropa Şurası ilə həmişə səmərəliəməkdaşlığın tərəfdarı olub və təşkilatdan proseslərə obyektivmünasibət ortaya qoymasını gözləyib, lakin zaman təsdiq edib ki, butəşkilat sadəcə müəyyən beynəlxalq qüvvələrin, hansısa dövlətlərinəlində alətdir:

“Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra AŞPA, AvropaParlamentində təmsil olunan “oyuncaq” siyasətçilər və özlərinineoliberalist adlandıranlar sonlarının çatdığını görür və özyararlılıqlarını sübut etmək üçün ən ağılsız və çirkin vasitələrəəl atırlar.

Dərin araşdırılsa, AŞPA-da təmsil olunanların əksəriyyətinintərcümeyi-halında kifayət qədər qaranlıq məqamlar üzə çıxar. Bu“siyasətçilər” ayrı-ayrı qruplara bağlı olaraq dərin dövlətlərinsifarişlərini icra edir və bunun müqabilində imtiyazlar, maddiyyatəldə edirlər. Sirr deyil ki, bu gün AP, AŞPA kimi qurumlarda təmsilolunanların bir çoxu erməni lobbisi kimi şəbəkələrin təsirialtındadırlar”.

Millət vəkilinin sözlərinə görə, ötən ilin yanvarında Azərbaycannümayəndə heyəti haqqında verilən ədalətsiz qərar təşkilatınmüəyyən qüvvələrin sifarişi ilə işlədiyini təsdiqləyib.

“Halbuki qurum öz fəaliyyətində beynəlxalq hüququ, bəşəridəyərləri üstün tutmalıdır. AŞPA-nın yürütdüyü siyasətinnəticəsidir ki, bu gün bu qurum özünü Cənubi Qafqazdan təcridolunmuş duruma salıb. Əgər normal araşdırma aparılsa, bu gün Avropasiyasətində demokratiya və insan haqlarından danışanların çoxununmüxtəlif mərkəzlərə bağlı olduğu, sifariş yerinə yetirdiyi,korrupsiya çirkabına batdığı üzə çıxar”, - deyə S.Fətəliyeva qeydedib.

Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat TuralGəncəliyev isə Trend-ə açıqlamasında deyib ki, Avropa institutlarıson zamanlar fiaskoya uğrayıb.

“Bunlar əsasən Avropa Şurası Parlament Assambleyası, AvropaParlamenti kimi qurumlardır. Avropa seçiciləri belə qitədəkineoliberal düşüncə tərzinə malik olan populist siyasətçilərinfikirlərini ciddi qəbul etmirlər. Avropada ifrat sağ dəyərlər vəneoliberalizmin əks istiqamətində olan partiyalar və siyasətçilərəvvəl marginal qüvvələr qismində çıxış edirdilərsə, bu gün dahagüclü və sistemli şəkildə formalaşmağa başlayıblar. Bunun səbəbiAŞPA-da radikal, neoliberal dəyərlərin təlqin edilməsidir. Buinstitutların Avropa işlərini kənara qoyaraq Azərbaycan, Türkiyə,Gürcüstanı hədəfə alması onu göstərir ki, hansı ölkə müstəqilxarici siyasət aparırsa, dərhal bu ölkələrə qarşı qarayaxmakampaniyası başlayır”.

Millət vəkili vurğulayıb ki, bu institutların iç üzü son beşildə daha çox ifşa edilir:

“2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etdik. Butarixədək həmin institutların gizli şəkildə Azərbaycanofobfikirləri var idi. Lakin bu fikirlər özünü sadəcə neytralcümlələrlə bəzədilmiş bəyanatlarında tapırdı. İndi həmininstitutlar Azərbaycana qarşı açıq şəkildə çirkin kampaniyaaparırlar. Bu institutların təmsilçiləri əsasən elə siyasitəfəkkürə malikdirlər ki, neosəlib yürüşlərini həyata keçirməkistəyirlər. Tam şəkildə onlara itaət edən ölkələr axtarırlar. LakinAzərbaycan bütün bu planları pozur. Avropa Şurası və Parlamentininüzv və rəhbərliyinin siyasi keçmişi və hazırkı fəaliyyətlərinəbaxsaq, siyasi karyeraları fiaskoya uğrayan, yalnız Avropainstitutlarında populizm və riyakar siyasətlə gündəmdə olmağaçalışan şəxslər olduqlarını görərik”.

Parlamentari əlavə edib ki, psevdoerməni siyasi kursunudəstəkləmək Avropadakı bəzi siyasətçilərin əlində yeni bəhanəformasına çevrilib.

“Onlar bundan ötrü bütün qırmızı xətləri keçirlər. Avropadaözünə əl qatan Fransa Azərbaycanın haqq siyasəti nəticəsində ifşaolunur. Bu gün Fransa öz neomüstəmləkəçilik, kolonializm siyasətinigizlətməkdən ötrü AŞPA-da Azərbaycana qarşı siyasət yürüdür ki, özəməllərini ört-basdır etsin. AŞPA-da fikir müxtəlifliyinə yolverilmir. Əgər belə olmasaydı, onlar Azərbaycan nümayəndə heyətininfikirlərinə hörmətlə yanaşardılar”, - deyə T.Gəncəliyev fikrinitamamlayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr