Çempionlar Liqasında (ÇL) 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın saytının məlumatına görə, namizədlər Deklan Rays (Arsenal), Alessandro Bastoni (İnter), Robert Levandovski (Barselona) və Xviça Kvaratsxeliya (PSJ) idi. Rays “Real”la, Levandovski “Borussiya” (Dortmund) ilə oyunda dubl etmiş, Kvaratsxeliya “Aston Villa” ilə matçda 1 qol vurmuş, Bastoni isə “Bavariya”ya qarşı müdafiədəki inamlı oyunu ilə diqqəti cəlb etmişdi.
ÇL-də həftənin ən yaxşı futbolçusu adına Rays layiq bilinib. İngilis yarımmüdafiəçi UEFA-nın saytında keçirilən sorğuda 1-ci yeri tutub.