AZ

Məhəmməd liderliyini möhkəmləndirdi

Məhəmməd Muradlı İslandiyanın paytaxtında keçirilən "Reykjavik Open" turnirində liderliyini möhkəmləndirib.

"Football-plus.az" xəbər verir ki, şahmatçımız qara fiqurlarla türkiyəli Eray Kılıça qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb.

Muradlının dörd xalı var və əlavə göstəricilərə görə Abhijeet Guptanı (Hindistan) qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.

Doqquzuncu yerdə olan Eltac Səfərli isə ondan yarım xal geri qalır.

Seçilən
44
football-plus.az

1Mənbələr